1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya Kral Futbol Federasiyası "Real Madrid" klubunun apellyasiya şikayətini rədd edib.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, La Liqa təmsilçisinin Vinisius Juniorun cəzası ilə bağlı şikayəti təmin olunmayıb.
Qurum tərəfindən qoyulan 2 oyunluq diskvalifikasiya qərarı qüvvədə qalıb.
Qeyd edək ki, İspaniya La Liqasının XII turunun "Valensiya" ilə keçirilən oyununda (2:1) rəqib qapıçı Stole Dmitriyevskini itələdiyi üçün qırmızı vərəqə alan Vinisius 2 matçlıq cəzalanıb. O, "Las Palmas" və "Valyadolid"lə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.