AZ

Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən azad edilib

Bakı. Trend:

Əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ıncərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.

Trend-əhəkimin işdən azad edilməsi barədə məlumatı xəstəxanadan təsdiqedilib.

Qeyd edək ki, yanvarın 8-də sosial şəbəkələrdə "GermanHospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatdaolarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz vəyanan şam ilə daxil olaraq həkimi doğum günü münasibətilə təbriketdikləri video yayılıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin tapşırığı əsasında AnalitikEkspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılanyoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsihaqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 09yanvar 2025-ci il "German Hospital" adlı özəl tibb müəssisəsindəplandankənar yoxlama keçirilib.

Keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsifaktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 (dörd) məsulüzvünə inzibati xəta məcəlləsinin 215.3 maddəsi iləİxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunmasıhaqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulanqaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimənəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtibedilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraatagöndərilib.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr