AZ

COP29 Azərbaycanın siyasi və iqtisadi gücünə əlavə təkan verdi- ÖZƏL

"COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi dövlətimizə yüksək etimadın göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Bu konfransa qədər Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanmışdır. COP29 Azərbaycanın siyasi və iqtisadi gücünü artıran bir addım olaraq dəyərləndirilir. Konfransın təşkilində əldə edilən tarixi nailiyyətlər dövlətimiz üçün bu mötəbər tədbirin qlobal arenada daha geniş nüfuz qazanmaq, strateji hədəflərə çatmaq və ölkənin tanıdılması üçün müstəsna bir platforma olduğunu göstərir. Azərbaycan COP29-da özünün yaşıl inkişaf və ekoloji siyasəti ilə beynəlxalq aləmə nümunə olduğunu nümayiş etdirmişdir. Həmin nailiyyətlər Azərbaycanın diplomatik fəaliyyətinin daha da gücləndirilməsi, eləcə də regionda və dünyada yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli bir mərhələdir. Beləliklə, COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr