AZ

İlon Maska Ağ Ev kompleksində şəxsi ofis veriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağ Ev kompleksində yerləşən ofis ABŞ-li milyarder İlon Maskın sərəncamına veriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Times" nəşri öz mənbələrinə istinadən məlumat verib.
"Cənab Maskın istifadəsi üçün ayrılmış yer Ağ Evə bitişik olan Eyzenhauer inzibati binasında yerləşir", - deyə jurnalistlər bildiriblər.
Bundan əlavə, Mask məmurlardan ABŞ prezidentinin ofisinin yerləşdiyi Ağ Evin Qərb qanadına daxil olmaq üçün ona xüsusi vəsiqənin verilib-verilməyəcəyini də soruşub, lakin cavab ala bilməyib.
Sahibkarın şəxsi ofisi olacaq, çünki o, keçmiş prezidentliyə namizəd Vivek Ramasvami ilə birlikdə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Dövlət Səmərəliliyinin Əldə Edilməsi Departamentinə (DOGE) rəhbərlik edəcək.
Mask və Ramasvaminin fikrincə, ABŞ-nin hazırkı maliyyə siyasəti demokratiya üçün "ekzistensial təhlükə" yaradır və buna görə də onlar qətiyyətli addımların atılmasına çağırıblar.
Seçilən
7
3
oxu.az

4Mənbələr