AZ

Rusiyada ukraynalı generala 14 il iş kəsildi

Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi bu ölkəni Krım körpüsünü partlatmaqla hədələmiş Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenkonu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilib ki, ukraynalı ali rütbəli hərbçi internetdə açıq şəkildə terror aktları törətməyə çağırışlar edib. O, həmçinin Rusiya Silahlı Qüvvələri haqqında siyasi nifrət motivləri ilə saxta xəbərlər yaymaqda, İnternetdə nifrət və ya düşmənçiliyin qızışdırılmasında təqsirli bilinib.

“Cinayətlərin məcmusuna əsasən Marçenkoya ümumi rejimli cəzaçəkmə müəssisəsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilir”, - hakim bildirib.

Marçenkoya həmçinin dörd il müddətinə internet saytlarını idarə etmək qadağan edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
12
news365.az

1Mənbələr