AZ

Dubinski Aİ-yə üzvlüyünü mümkünsüz edən əsas səbəbi açıqladı

"Ukraynalıların Kiyevin heç vaxt və ya yaxın gələcəkdə Aİ-yə qoşulmayacağını etiraf etmələrinin vaxtı çatıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Aleksandr Dubinski deyib.

Dubinskinin sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyünü mümkünsüz edən əsas səbəb ölkənin kənd təsərrüfatı sektorudur. Deputat qeyd edib ki, bu, əksər Avropa dövlətləri üçün təhlükə ola bilər. Onun fikrincə, Ukrayna hakimiyyətinin Avropaya taxıl ixrac etməmək öhdəliyi ilə vəziyyəti qismən həll etmək olar.

Yanvarın 9-da Dubinski Ali Radanı konstitusiyadan NATO-ya daxil olmaq haqqında müddəanın çıxarılması barədə qərar qəbul etməyə çağırıb və bu addımı ölkə üçün səhv adlandırıb.

Seçilən
4
operativmm.az

1Mənbələr