AZ

İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb

Bakı. Trend:

İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibindəgenetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetikmodifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və genmühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitkimaterialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləriüçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkiləringenetik materiallarından istifadə edilərək istehsal olunan qidaməhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunlaqadağandır.

Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxaledilən bir sıra məhsul partiyalarından nümunə götürülərəkAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiqlaboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasənməhsulların tərkibində GMO aşkarlanıb.

Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraqzəruri tədbirlər görülüb.

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıqedərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qidaməhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuzolaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətləalınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərttədbirlər görüləcək.

Məqalədə:
Seçilən
4
31
az.trend.az

10Mənbələr