AZ

Afrikada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edildi

Qərbi Afrika ölkələrindən biri olan Sierra Leonedə 2 nəfərdə meymunçiçəyi virusu aşkar edildikdən sonra fövqəladə vəziyyət elan edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Oustin Dembi jurnalistlərə açıqlamasında bildirib ki, 2 meymunçiçəyi faktının təsdiqlənməsi İctimai Sağlamlıq Aktına uyğun olaraq təcili tədbirlər görülməsini tələb edir.
 
Qeyd edək ki, Sierra-Leone hökuməti yanvarın 11-də ölkədə meymunçiçəyi xəstəliyinə ilk yoluxma halının aşkar edildiyini açıqlayıb.

Meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür.
 
Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

Xəstəlik əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
 
Mikayıl
Seçilən
11
azxeber.com

1Mənbələr