Bakı. Trend:
Azərbaycanda ilk dəfə olaraq müxtəlif çeşiddə qoruyucu ayaqqabıvə poliuretan çəkmələrin ixracı həyata keçirilib.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadiZonaların İnkişafı Agentliyindən (İZİA) məlumat
Qeyd olunub ki, İZİA-nın idarəçiliyində olan Ağdam SənayeParkının daha bir rezidenti məhsul ixracına başlayıb.
Bildirilib ki, müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretançəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMCtərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş ƏrəbƏmirliklərinə məhsul ixrac edilib.
Hazırda “BAFCO İnvest” MMC Avropa ölkələrinə məhsul ixracıistiqamətində danışıqlar aparır.
Qeyd edək ki, Ağdam Sənaye Parkının 2,5 hektar ərazisindəyerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilətəchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabıtəşkil edir.