AZ

Arıqlamağa çalışarkən, sağlamlığınızdan ola bilərsiniz - Dietoloqdan XƏBƏRDARLIQ

Elə dövrdə yaşayırıq ki, insanlar ən çox da qadınlar gözəllik üçün demək olar hər şeyi edirlər. Bunun üçün əsas olanı isə fit qalmaqdır. Bir çoxu arıqlamaq üçün müxtəlif yollar sınayır. Amma təəssüflər olsun ki, bəzən bu yollar heç də sağlam deyil. Belə həllərdən biri də arıqlama çaylarıdır.

Bəs bu çaylar həqiqətən arıqlamağa kömək edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-dietoloq Leyla Zülfuqarlı bildirdi ki, bu tendensiya ciddi sağlamlıq risklərinə səbəb ola bilər:

"İnsanlar təbii yolla arıqlamaqdan daha çox kofe, çay kimi kimyəvi məhsullarda möcüzə axtarırlar. O düşünür ki, bir dənə sensasiya olacaq, bir toxunuşla həmin o istədiyi formanı əldə edəcək. Həm də bu daha rahat və əlverişlidir. Bəzi çaylar var ki, bəli, arıqlamağa kömək edir. Hətta biz bunu detoks adlandırırıq. Ancaq üstündən qeyd olunur ki, "arıqlamağa yardımçıdır, amma arıqladan çay deyil". Çünki arıqlama ümumi prosesdir. Artıq çəkinin səbəbləri çoxdur".

​​​​​​

Onun sözlərinə görə, bazarda təbii bitki adı ilə zəhərli maddələr satılır:

"Bəzi fırıldaqçılar tərkibində "sibutramin" adlı çox zəhərli maddəli çayı satırlar. Bu bitki əslində qadağan olunub. Amma yenə də onun əvəzləyiciləri satışda var. Ümumiyyətlə çaylara ad qoymaq düzgün deyil. Arıqladıcı çay, sakitləşdirici çay, qaraciyərqoruyucu çay və başqaları. Bunun yerinə adı çəkilən problemlərə kömək edən bitki çayı yazılmağı məqbul olar. Əgər içindəki həqiqətən təbii bitkidirsə. Adicə kofeni düzgün dəmləsək, o belə çəki itirməyə səbəb olur, metabolizmanı sürətləndirir. Amma onun da kateqoriyası var. Trioiddən əziyyət çəkənlərə əksinə, arıqlamağa yardım etmir ki, mane olur.

Artıq çəkidən əziyyət çəkən insanlar, arıqlaya bilməyənlər bu cür satış straregiyasına inanmasınlar, mütəxəssisə müraciət etsinlər. Çünki bunların arxasında problemlər, xəstəliklər dayana bilər".

Türkan İSGƏNDƏRLİ 


 

Seçilən
12
redaktor.az

1Mənbələr