2022-ci il fevralın 24-dən etibarən Ukraynanın dövlət büdcəsinə Avropa ölkələrindən 50 milyard dollardan çox maliyyə yardımı daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Məlumata əsasən, 2024-cü il oktyabrın 16-da Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell Brüsseldə keçirilən konfransda çıxış edərək bildirib ki, Aİ Ukraynaya artıq 110 milyard avro, o cümlədən 42 milyardlıq silah ayırıb.
Eyni zamanda, ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürüb, yerdə qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə ayrılacaq.
Dekabrda Kiyev ABŞ-dan 1 milyard dollar məbləğində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən ilk vəsaiti alıb.