AZ

Dünyada elektrikli avtomobil satışları 2024-cü ildə rekord qırıb

2024-cü ildə elektrikli avtomobil satışları yüzdə 25 artaraq 17,1 milyon ilə rekord qırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Satışların yarıdan çoxu Çində həyata keçirilib.

Avropada azalma olduğu halda, ABŞ və Kanadada artım davam edib. Qlobal elektrikli avtomobil (EV) bazarı 2024-cü ildə 17,1 milyon satışla tarixi artıma imza atıb.

Böyük Britaniyada yerləşən Rho Motion araşdırma şirkəti tərəfindən dərc edilən məlumatlara görə, elektrikli avtomobil satışları 2023-cü ilə nisbətən 25 faiz artıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr