Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə yanvarın 14-də “Zəfər” İB-nin ofisində deputatlarla Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin ailə üzvlərinin görüşü keçirilib.
XALQ.AZ xəbər verir ki, görüşdə Millət vəkillər Jalə Əliyeva, Mehriban Vəliyeva, Günay Ağamalı və Səbinə Xasayeva, Hicran Hüseynova eləcə də 25 şəhid ailəsinin üzvləri iştirak ediblər.
Səmimi və ehtiram dolu bir mühitdə keçən görüş zamanı şəhid ailələrinin üzvləri onları narahat edən məsələləri dilə gətirərək öz suallarını ünvanlayıblar.
Rəsmi hissədən sonra görüş çay süfrəsi arxasında davam edib.
Görüşün sonunda xatirə şəkli çəkilib.