AZ

Patruşev: “Ukrayna və Moldova dövlət kimi qalmayacaqlar”

AzVision.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev artıq 2025-ci ildə Ukraynanın dövlət kimi mövcudluğunu itirə biləcəyini iddia edib.

“Neonasist ideologiyasının zorakılıqla tətbiqi və qızğın rusofobiyanın Ukraynanın bir vaxtlar çiçəklənən şəhərlərini, o cümlədən Xarkov, Odessa, Nikolayev və Dnepropetrovsku məhvə sürükləməsi xüsusilə narahatedicidir. Ukrayna gələn ildə tamamilə mövcudluğunu dayandıra bilər”,- Nikolay Patruşev deyib.

Yalnız Ukraynaya münasibətdə belə bədbin proqnozla kifayətlənməyən yüksək vəzifəli rusiyalı məmurun sözlərinə görə, Moldova hakimiyyətinin anti-Rusiya siyasəti bu ölkənin də möcvudluğuna xitam verə bilər.

- İstisna deyil ki, Kişineunun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsinə çevrilməsinə, ya da ümumiyyətlə mövcudluğunu dayandırmasına gətirib çıxaracaq. Bu vəziyyətdə, xüsusi hərbi əməliyyatdan xeyli əvvəl neonasizmin və rusofobiyanın ölkəni çökdürdüyü Ukrayna nümunəsinə baxmaq olar”,- Rusiya prezidentinin köməkçisi xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
12
4
azvision.az

5Mənbələr