AZ

"Aİ missiyası Qərbi maraqlandıran məsələlərlə məşğul olur" - Lavrov

Ermənistan hökuməti Aİ və ABŞ-dən dəstək üçün üz tutmaq əvəzinə, qonşu dövlətlərlə problemlərini həll etməlidir. 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Bir gün biz istər-istəməz Rusiya, Azərbaycan, Türkiyə və İranın indi danışdıqları məsələyə gələcəyik, yəni region ölkələri yaxın qonşuları ilə problemləri həll etməlidir", - deyə nazir bildirib. 

Rusiya XİN rəhbəri əlavə edib ki, Ermənistanın Qərb ölkələri və Aİ ilə münasibətlərində heç bir problem görmür: "Amma bizim ərazimizdən, adət-ənənələrimizdən və tarix ideyalarımızdan qeyri-müstəmləkə ölçüsündə uzaq olan ölkələr, məsələn, Sünik bölgəsində Aİ missiyasının təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, mən bunu həqiqətən başa düşə bilmirəm. 

Rusiya tərəfinin məlumatına görə, Aİ-nin Ermənistan Respublikasında yerləşən müşahidə missiyası daha çox Ermənistanı deyil, Qərb ittifaqlarını maraqlandıran məsələlərlə məşğul olur".

Ağarza Elçinoğlu 

Seçilən
6
unikal.az

1Mənbələr