Səsvermə keçiriləcək məntəqələrin sayı 5846-ya çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.
Qeyd olunub ki, bələdiyyə seçkilərində səs verəcək vətəndaşların sayı, təxminən, 5 milyon 960 min nəfərdir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.