AZ

Suriyanın yeni nazirindən türkcə paylaşım: "Sabah Türkiyəyə gedirik"

Suriyada Əsəd rejiminin devrilməsindən sonra yeni hökumətin xarici işlər naziri vəzifəsinə başlayan Əsəd Həsən Şeybani sabah Türkiyəyə səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Şeybani paylaşımını türkcə edib. 

“Sabah Yeni Suriyanı təmsil etmək üçün on dörd ildir Suriya xalqını heç vaxt geridə qoymayan Türkiyə Respublikasına ilk rəsmi səfərimizi edəcəyik", - o qeyd edib.

Seçilən
12
2
modern.az

3Mənbələr