AZ

Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb

“Instagram”ın bazar payı 2023-cü ilin dekabrı ilə müqayisədə ötən ay 36.64%-dən 47.09%-dək artaraq liderliyini saxlayıb.

Teleqraf.com-un beynəlxalq mənbələrə istinadən xəbərinə görə, “Pinterest”in ölkə üzrə bazar payı 2023-cü ilin dekabrı ilə müqayisədə 23.33%-dən 16.91%-dək enib.

Müvafiq dövrdə “Facebook”un Azərbaycanda bazar payı 17.34%-dən 16.03%-dək azalıb. “Youtube”un bazar payı isə 11.67%-dən 9.97%-ə düşüb.

Qeyd olunan dövrdə“Twitter”in bazar payı 7.58%-dən 6.66%-ə enib. “Reddit”in bazar payı isə əksinə 1%-dən 1.6%-dək, “LinkedIn”in bazar payı 0.92%-dən 1.05%-dək artıb.


Müəllif: Teleqraf.com
Seçilən
7
teleqraf.com

1Mənbələr