Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi İran parlamenti tərəfindən ratifikasiya edilməlidir və 20 il müddətinə bağlanır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
"Müqavilə imzalandıqdan sonra İran parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra sənəd 20 il müddətində qüvvədə olacaq", - diplomat qeyd edib.
Səfir müqavilənin avtomatik uzadılması imkanının nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.