Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirilib.
Mia.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.