AZ

Ulduz futbolçu sıradan çıxıb? - İşlər heç də yaxşı görünmür

İngiltərə Kubokunun 1/32 finalında "Mançester Yunayted"lə matçda (1:1; pen- 3:5) zədələnən "Arsenal"ın hücumçusu Qabriel Jesusun səhhətindəki problem ciddi ola bilər.

Publika.az xəbər verir ki, braziliyalı futbolçunun dizinin ön çarpaz bağının qırılmasında şübhələnilir. Bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib:

“İndi biz daha çox bilirik. İşlər heç də yaxşı görünmür. Daha bir mütəxəssislə məsləhətləşməliyik və bu gün günortadan sonra dəqiq məlumat əldə edəcəyik. Yekun hesabatı alana qədər heç nəyi təsdiqləmək istəmirəm”.

Qeyd edək ki, Jesus birinci hissənin sonunda meydanı xərəkdə tərk etdib.

Seçilən
13
publika.az

1Mənbələr