AZ

Bu vaxtadək utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Bakı. Trend:

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunununmüddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyayaqəbulu davam edir.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Trend-in sorğusuna cavabolaraq bildirilib ki, ötən ilin oktyabr ayından indiyə qədər 223nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib və bu rəqəm hər günartmaqdadır.

Qeyd olunub ki, “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyatakeçirilən proqramda iştirak edən şəxslərə onların təhvil verdiyinəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq, təsdiqedicisənədlər üzrə ərizəçilərə 140 min manatdan çox birdəfəlik ödənişverilmiş, o cümlədən yerli istehsal yeni nəqliyyat vasitəsininsatışı üzrə 25 000 manat güzəşt tətbiq edilib.

"Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülükprinsipi əsasında aparılır və məcburi xarakter daşımır.

Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” AzərbaycanRespublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyatvasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Dahasonra çıxdaş arayışı əsasında zəruri məlumatlar vətəndaşlarınrahatlığını təmin etmək məqsədilə yaradılan www.nvu.gov.azportalına daxil edilməli və nəqliyyat vasitəsi ərizəçi tərəfindənseçilmiş utilizatorun qəbul məntəqəsinə təyin edilmiş vaxtda təhvilverilməlidir.

Hazırda reyestrdə qeydə alınmış yalnız bir utilizator “Fors” MMCnəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu Bakı şəhərindəhəyata keçirir. Bununla yanaşı, reyestrdə qeydiyyat üçün müraciətetmiş ərizəçilərin müraciətləri də baxılmaqdadır. Gələcəkdəregionlarda utilizatorların qeydiyyatı və qəbul məntəqələrininfəaliyyət göstərməsi nəzərdə tutulur", - məlumatda vurğulanıb.

Bu
Bu
Bu
Bu
Bu
Bu
Bu
Bu
Seçilən
4
4
az.trend.az

5Mənbələr