Fevralın 23-də Almaniyada parlament seçkiləri keçiriləcək. Seçkilərdə artıq bir çox partiyalar namizədlərini açıqlayıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, artıq bir sıra türkiyəli şəxslər öz namizədliklərini veriblər.
Siyahını təqdim edirik:
- Aydan Özoğuz (SPD): Hamburqda anadan olub, 2009-cu ildən Bundestaqın üzvüdür və xüsusilə inteqrasiya və miqrasiya sahələri ilə maraqlanır.
- Hakan Demir (SPD): 2021-ci ildən Bundestaqın üzvüdür, sosial ədalət və inteqrasiyanın tərəfdarıdır.
- Gülistan Yüksel (SPD): 2013-cü ildən Bundestaqın üzvüdür, ailə və sosial siyasətlə məşğuldur.
- Nezahat Baradari (SPD): 2019-cu ildən Bundestaqın üzvüdür, səhiyyə və təhsil siyasətlə maraqlanır.
- Cem Özdemir (Bündnis 90/Die Grünen): Keçmiş partiya lideri və 2021-ci ildən Ərzaq və Kənd Təsərrüfatı üzrə Federal Nazir.
- Ekin Deligöz (Bündnis 90/Die Grünen): 1998-ci ildən Bundestaqın üzvüdür, ailə və təhsil siyasəti ilə maraqlanır.
- Sevim Dağdelen (Die Linke): 2005-ci ildən Bundestaqın üzvüdür.
-Gökay Akbulut (Die Linke): 2017-ci ildən Bundestaqın üzvüdür, inteqrasiya və miqrasiya məsələləri ilə maraqlanır.
"Cebheinfo.az"