AZ

Azərbaycan millisi təlim-məşq toplanışına start verdi

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisi Bakıda ilin ilk təlim-məşq toplanışına başlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Taekvondo Federasiyasının mətbuat xidməti yayıb.

Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.

12 günlük fiziki hazırlıq prosesinin yekununda yığmanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.

Seçilən
8
7
fanat.az

9Mənbələr