AZ

Bakıda məktəbin ətrafı zibilliyə çevrilib - VİDEO

Xətai rayonu ərazisində yerləşən şəhid Ələkbər Əliyev adına 204 saylı məktəbin ətrafında hökm sürən antisanitar vəziyyət valideynlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a şikayət daxil olub.

Qeyd edilib ki, hər gün onlarla uşaq bu zibilliyin içindən keçib məktəbə gedir.

"Məktəbin həyətinin təmiz olmasına baxmayaraq, biz bu zibillikdən keçmək məcburiyyətindəyik.

Heç bir aidiyyəti qurum buna baxmır. Yaşayış binasının önündə zibil qabı yoxdur deyə, hər kəs əlinə keçəni buraya atır. Hətta spirtli içki şüşələrini belə", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Xətai Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, ərazi artıq tullantılardan təmizlənib.

"Həmin ərazidə tərəfimizdən təmizlik işləri aparıldı. Ərazini nəzarətimizdə saxlayacağıq. Amma bəzən vətəndaşlar da əllərindəki zibili zibil qutularına qədər aparmağa tənbəllik edib birbaşa əraziyə atırlar", - deyə məlumatda qeyd edilib.


Bizim.Media

Seçilən
2
3
bizim.media

4Mənbələr