Moskvanın Çertanovski Məhkəməsi "Google"u əvvəllər tətbiq edilmiş inzibati cəzaların icrasından yayındığına görə 8 milyard rubl cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“ "Google" MMC Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsində (İnzibati tənbehin icrasından yayınma) nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və inzibati cərimə şəklində inzibati tənbeh tətbiq edilib. Məbləğ 8 milyarddır”, - məlumatda qeyd olunub.
Adəm