"Football-plus.az" xəbər verir ki, əfsanəvi idmançı sosial şəbəkə hesabında bunları yazıb:
“Əməliyyat yaxşı keçdi. Yenidən döyüşə girmək üçün gücümü bərpa edirəm”.
Sağ dirsəyindən əməliyyat olunan Rinerin bərpa müddətinin bir neçə ay çəkəcəyi gözlənilir. Bakıdakı “Böyük dəbilqə” turniri isə fevralın 14-16-sı aralığında keçiriləcək.