AZ

Rusiyada yaşayanların NƏZƏRİNƏ - 10 gün qaldı, CİDDİ ÇƏTİNLİKLƏR olacaq

Rusiyanın şimal-qərbində güclü külək və qar fırtınası gözlənilir

Yanvarın 25-dən etibarən Rusiyanın şimal-qərb bölgələrində güclü küləklər və qar fırtınası baş verə bilər.

Ekologiya.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin proqnozlarında qeyd olunub.

Mərkəzin məlumatına görə, Leninqrad vilayəti və Kareliyada küləyin sürəti saniyədə 20-25 metrə qədər çatacaq, bəzi yerlərdə isə qar yığıntıları müşahidə ediləcək.

Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bu hava şəraiti nəticəsində bölgədə nəqliyyatın işində çətinliklər yaranması mümkündür. O, vətəndaşları ehtiyatlı olmağa və qarlı hava şəraitində mümkün qədər səyahətləri məhdudlaşdırmağa çağırıb.

Sinoptiklər qeyd edir ki, bu hava şəraiti fevral ayının əvvəllərinə qədər davam edə bilər.

Musavat.com

Seçilən
2
4
ekologiya.az

5Mənbələr