Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk Suriyanın paytaxtı Dəməşqə gedib.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 14-dən 16-dək Suriya və Livanı ziyarət edəcək və rəsmi şəxslərlə, diplomatlarla, o cümlədən BMT qurumlarından olan nümayəndələrlə görüşlər keçirəcək.