Bu yaxınlarda COP29 çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış çoxtərəfli saziş “yaşıl” enerjinin Avropaya ixracı üçün şərait yaradacaq.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliyində keçirilən Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) zirvə toplantısında etdiyi çıxışda bildirib.
“Enerji sahəsindəki qarşılıqlı əlaqələr yolu ilə Böyük ipək yolunun bərpası üçün ilk addımlar atılıb”, - özbəkistanlı lider bildirib.
Dövlət başçısı həm də onu qeyd edib ki, müvafiq olaraq Dubay və Bakıda keçirilən, COP28 və COP29 konfranslarında, həmçinin digər iki beynəlxalq forumda Özbəkistan qlobal iqlim dəyişikliyinin neqativ fəsadlarına qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb