AZ

Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxması üçün əsaslı səbəb yoxdur - Siyasi ekspert

"Zəngəzur dəhlizinə qarşı çıxanlar Ermənistanla bölgə ölkələrinin bir araya gəlməsini istəmirlər".
 
Bu sözləri Teleqraf.com-a müsahibəsində türkiyəli siyasi ekspert, dosent Furkan Kaya deyib.
 
Siyasi ekspertin sözlərinə görə, istər Türkiyə səfərində, istərsə də digər üçlü görüşlərdə N. Paşinyanın davranışları bunu deməyə əsas verir.
 
“Aydın görünür ki, erməni lobbisi bu razılaşmaya qarşıdır. Paşinyanın bəzi məqamlarda məyus üz ifadəsi də onun müstəqil qərar verə bilməməsinin sübutudur.
 
 
Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxması üçün əsaslı səbəb yoxdur. Təsəvvür edin, bu dəhliz Xəzər dənizini Aralıq dənizi və Fars körfəzinə bağlayaraq, Ermənistan, Türkiyə, Azərbaycan, İran, Gürcüstan arasında ticarət, enerji əlaqələri qurulacaq. Ermənistanda yaşayan ermənilər də bu dəhlizin gətirəcəyi üstünlüklərdən yararlana biləcəklər. N. Paşinyan hər fürsətdə inteqrasiya etməyə çalışır, lakin Ermənistandan kənarda yaşayan lobbi buna razı deyil”.
 
F. Kaya Ermənistanın revanşist xəyallara qapılmasına da münasibət bildirib. Ekspert hesab edir ki, illərdir bu cəhdlərin qarşısı Azərbaycan tərəfindən məharətlə alınır:
 
“Ermənistanın qondarma soyqırımı iddiası və Azərbaycana qarşı işğal siyasəti uğursuzluqla nəticələndi. Təkrar müharibə etməyə cəhd göstərsə, yenə məğlub olacaq. Sülh yolu varkən, məğlub ediləcəkləri müharibəni niyə seçsinlər? Xalqlar arasında düşmənçilik, müharibənin davam etməməsi baxımından dərhal iqtisadi inteqrasiya layihələrini həyata keçirmək vacibdir. Ölkələrlə ticarətimizi artırsaq, onlar da müharibədən boyun qaçırmaq istəyəcəklər. Lakin unutmamalıyıq ki, bu siyasəti dəstəkləməyən qüvvələrin də provakasiyalara əl atması qaçılmazdır”.
 
Seçilən
0
1
moderator.az

2Mənbələr