Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin I yarısını 1,545 milyard manat xalis mənfəətlə başa vurub.
Ölkə.az şirkətin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 9,3 % çoxdur.
Yanvar-iyun aylarında SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 45,054 milyard manat (illik müqayisədə 6,8 % çox), satışının maya dəyəri 41,347 milyard manat (10,1 % çox), ümumi və inzibati xərcləri 953 milyon manat (2,7 % çox), paylaşdırma xərcləri 954 milyon manat (18 % az), sosial xərcləri 136 milyon manat (9,7 % çox), kəşfiyyat və qiymətləndirmə xərcləri 7 milyon manat (40 % çox), əmlak, tikili və avadanlıqların silinməsindən zərəri 1 milyon manat (10 dəfə az), gözlənilən kredit gəlirləri 95 milyon manat (əvvəlki il zərər olub), sair əməliyyat gəliri 156 milyon manat (3,2 dəfə az), sair əməliyyat xərcləri 655 milyon manat (2,4 dəfə çox), effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 379 milyon manat (24,7 % çox), maliyyə xərcləri 1,046 milyard manat (35,7 % çox), məzənnə fərqi üzrə zərəri 86 milyon manat (5,1 dəfə az), xalis monetar mövqe üzrə gəliri 578 milyon manat (82,9 % çox), birgə müəssislərin maliyyə nəticələrində payından gəliri 424 milyon manat (əvvəlki ilin eyni dövründə zərər olub), asılı müəssislərin maliyyə nətişcələrində payından gəliri 504 milyon manat (25,7 % çox), mənfəət vergisi ödəmələri isə 460 milyon manat (3,4 % az) təşkil edib.
2024-cü il iyulun 1-nə SOCAR-ın aktivləri 72,581 milyard manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,9 % azalaraq 36,402 milyard manata, balans kapitalı isə 7,6 % artaraq 36,179 milyard manata, o cümlədən nizamnamə kapitalı 5,3 % artaraq 5,014 milyard manata çatıb.
Xatırladaq ki, SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətd