AZ

Almaniya Ukrayna üçün bu ölkəyə “Patriot” və canlı qüvvə yerləşdirir

"Patriot" sistemləri tezliklə Polşanın Rzeşov şəhərində Ukrayna sərhədi yaxınlığında yerləşdiriləcək.

Publika.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

O, “Strana.ua” nəşrinə deyib ki, Almaniya Ukrayna ordusuna yardıma gəldikdə, Rzeşovun logistika mərkəzi kimi nə qədər vacib olduğunu dərk edir.

“Yanvar ayında mən Rzeşova gedəcəyəm. Bu ay "Patriot" müdafiə sistemləri orada işləyəcək”, - Pistorius qeyd edib.

Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin təchiz olunduğu Rzeşovda onlar iki “Patriot” zenit-raket kompleksi və 200 alman hərbçisini yerləşdirməyi planlaşdırırlar. Norveç əsgərləri, NASAMS sistemləri və dörd F-35 döyüş təyyarəsi artıq Polşa şəhərindədir.

Seçilən
2
1
publika.az

2Mənbələr