AZ

Daha bir futbolçu “Sumqayıt”ı tərk etmək İSTƏYİR

“Sumqayıt” daha bir aparıcı oyunçusunu itirə bilər.

Bizim.Media xəbər verir ki, Fernando Medeyros, Rəhim Sadıxov və Cordan Rezabalanı itirən sumqayıtlılar cinah oyunçusunu heyətdə saxlamağa çalışır.

Amma Rövlan rəhbərliyə komandada qalmaq istəmədiyini, getməsi üçün şərait yaradılmasını xahiş edib.

Muradovun müqaviləsi davam etdiyi üçün getməsi çətindir. Amma rəhbərlik təzminat ödəyən tapılacağı halda onu buraxmağın əleyhinə deyil. “Qəbələ”nin yetirməsi olan futbolçuya hələlik ən real təklif “Kəpəz”dən gəlib, lakin gəncəlilərin onun üçün transfer haqqı ödəməsi çətin görünür. Transfer pəncərəsi bağlanana qədər Rövlanın taleyinə aydınlıq gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
5
bizim.media

10Mənbələr