2024-cü ilin yanvar-noyabr aylarında Rusiya Azərbaycana təxminən 720 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları tədarük edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Aqroeksport" mərkəzi məlumat yayıb.
Məlumata görə, ən çox tədarük olunan 5 məhsul buğda (31 %), günəbaxan yağı (7 %), şokolad (7 %), un qənnadı məmulatları və şəkər (4 %), marqarin (3 %) olub.
"Azərbaycan artan tələbat və sıx ticarət əlaqələri sayəsində Rusiya ixracatçıları üçün mühüm və perspektivli bazardır", - “Aqroeksport”dan vurğulanıb.
2023-cü ildə Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin dəyəri rekord məbləğdə - 1,5 milyard ABŞ dolları olub.
"Cebheinfo.az"