AZ

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. Trend:

Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il yanvarın 14-də MərkəziSeçki Komissiyasının iclası keçirilib.

Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediavə kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Komissiyanın 8 yanvar 2025-ci il tarixliiclas protokolu təsdiq edilib.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarınıntərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Mərkəzi SeçkiKomissiyası 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 86saylı Ağcabədi və 118 saylı Ağdam-Xocalı seçki dairəsi dairə seçkikomissiyasının tərkibində dəyişiklik edilməsinə qərar verib.

İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmişbələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuşmüraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuşmüddətdə və qaydada iclasa çıxarılan müraciətlər, mediamənsublarının və maraqlı subyektin də iştirakı ilə Komissiyaüzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlarqəbul olunub.

İclasda həmçinin qarşıdan gələn seçkilərlə əlaqədar MərkəziSeçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilmişvəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıqçərçivəsində intensiv şəkildə davam etdirilən və nəzərdə tutulanmaarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib və cariməsələlərə baxılıb.

Seçilən
9
7
az.trend.az

8Mənbələr