AZ

Şirkətlər qrupundan Kənd Təsərrüfatı Nazirliyinə transfer - YENİ TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bəhruz Əzizi şöbə müdiri vəzifəsinə təyin edilib.

Bu barədə Marja.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, Bəhruz Əzizi daxili audit, nəzarət, risklərin qiymətləndirilməsi sahəsində 10 ildən artıq, kənd təsərrüfatı sektorunda isə 5 ildən yuxarı  təcrübəyə malik peşəkar rəhbərdir . Bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə alıb, o cümlədən Xəzər Universitetinin Maliyyə Menecmenti üzrə MBA , ICFM Beynəlxaq Peşəkar Daxili Audit diplomunu əldə edib.  

Bəhruz Əzizi  “Embawood”, “ANC Group”, “PMD Group”da daxili aduit üzrə müxtəlif vəzifələrdə çalışıb. Karyerasını “Agro Food İnvestments” qrupda Daxili audit departamentinin müdiri, Audit Komitəsinin sədri vəzifəsində davam etdirən Bəhruz Əzizi  “Milla”, “Pepsi Botlers”, “Azərşəkər” kimi iri şirkətlərdə Audit Komitəsinin üzvü olaraq fəaliyyət göstərib. Son iş yeri "GP Cotton" Şirkətlər qrupunda baş audit inzibatçısı olub.

İngilis dilini bilir. Ailəlidir, 1 övladı var.

Bəhruz Əzizi
Seçilən
2
12
marja.az

10Mənbələr