Somalinin Putland əyalətində təhlükəsizlik qüvvələri ilə DEAŞ terror təşkilatı üzvləri arasında baş verən qarşıdurmada 20 terrorçu öldürülüb.
SİA-nın məlumatına görə, Putland təhlükəsizlik qüvvələrinin sözçüsü general Mohamed Mohamud Əhməd ''Əl-Miskad'' dağında təhlükəsizlik qüvvələri ilə DEAŞ terrorçuları arasında toqquşma baş verdiyini bildirib.General Əhməd qarşıdurmada 2 əsgərin həyatını itirdiyini və 20 terrorçunun öldürüldüyünü açıqlayıb. DEAŞ terrorçularının pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edən Əhməd münaqişə bölgəsində 9 PUA-nın məhv edildiyini bildirib. O, həmçinin bölgədə nəzarətin bərpa olunduğunu vurğulayıb.