AZ

Bu ilə qədər verilən ipoteka kreditlərinin HƏCMİ AÇIQLANDI

Ötən il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib.

İKZF-dan Publika.az-a bildirilib ki, ümumilikdə, 2006-2024-cü illərdə fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib. Bu da 52 min 530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.

Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 faiz müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7 faiz) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4 faiz təşkil edib.

Seçilən
3
18
publika.az

10Mənbələr