Ermənistan Avropa İttifaqında Slovakiyanın dəstəyinə arxalana bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Slovakiyanın Aİ yanında Daimi Nümayəndəliyi bildirib.
“Slovakiyanın Aİ-dəki daimi nümayəndəsi Juraj Nociar Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan ilə Cənubi Qafqazda baş verən son hadisələri və Slovakiya ilə Ermənistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib”, - məlumatda deyilir.
Bundan əvvəl Avropa Komissiyası Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunvericilik təşəbbüsünü təhlil edəcəyini və onu Yerevanla müzakirə edəcəyini bildirmişdi.
Yanvarın 9-da Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Respublikanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.
Nigar