Yəmənin Ənsar Allah hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya İsrailin Təl-Əviv şəhərindəki obyektə raket hücumu edildiyini açıqlayıb.
"Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri Fələstin-2 hipersəs ballistik raketi ilə Yaffa bölgəsində (Təl-Əviv - Red.) İsrail düşməninin kritik hədəfinə hücum edərək hərbi əməliyyat keçirib".
Sariya Husilərin hava qüvvələrinin də dörd pilotsuz təyyarə ilə Tel-Əvivdəki İsrailin “həyati hədəflərini” vurduğunu da açıqlayıb.