AZ

Estoniya Rusiya ilə təhlükəsizlik sazişindən çıxmaq qərarına gəlib

Estoniya Rusiya ilə yol təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişindən çıxmaq qərarına gəlib.

“Postimees” xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.

“Əməkdaşlıq Sazişinin 18-ci maddəsinə uyğun olaraq sizə bildiririk ki, Estoniya Daxili İşlər Nazirliyi müəyyən edilmiş vaxtda sazişdən çıxacaq”, - Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarlarına məktubunda bildirib.

Yol hərəkəti təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş 1993-cü il sentyabrın 24-də keçmiş SSRİ-nin 12 ölkəsinin, o cümlədən Rusiya, Estoniya, Ukrayna və Gürcüstanın Daxili İşlər nazirlikləri tərəfindən bağlanıb. Müqavilənin 18-ci maddəsinə əsasən, hər bir tərəf Rusiya Daxili İşlər Nazirliyinə yazılı bildiriş göndərildiyi gündən altı ay ərzində müqavilədən çıxmaq hüququna malikdir.

Bundan əvvəl Estoniyanın İsamaa (Vətən) partiyasının lideri Urmas Reinsalu Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsi təklif etmişdi. Siyasətçi həmçinin rus sərhədçilərini Narva çayında sərhəd şamandıralarını sökməkdə ittiham edib.

 

Nigar

 

Seçilən
0
41
oxu24.com

10Mənbələr