AZ

Qeydiyyatda olduğun evdən pay düşür?

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Qeydiyyatda olduğun evdən pay verilir?

Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“Qeydiyyatda olmaq pay hüququ deyil, yalnız həmin mənzildə yaşamaq hüququ verir. Əgər başqasının mənzilinə 2009-cu il oktyabrın 1-ə qədər qeydiyyata düşmüsünüzsə, bu zaman mülkiyyətçi qeydiyyatdan çıxarmaq üçün kompensasiya olaraq, sizə kirayə pulu ödəməlidir. 

Konstitusiya məhkəməsinin müvafiq qərarına əsasən kompensasiyanın məbləği davamlı surətdə və müəyyən müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir”.

Murad

Seçilən
6
hit.az

1Mənbələr