AZ

Milli Məclis Aparatının rəhbəri Türkiyədə səfərdədir



Yanvarın 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Azərbaycan Parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

Newscenter.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Aparatın Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, Aparat rəhbəri xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov və Aparat rəhbərinin köməkçisi İlham Həsənov daxildirlər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.

Süleyman
Seçilən
1
10
newscenter.az

10Mənbələr