AZ

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

Rusiyada Amur pələngi insana hücum edərək öldürüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hadisə Vladivostok şəhərindən təxminən 480 kilometr şimal-şərqdə, Dalnereçenski rayonunun Zimniki kəndi yaxınlığında baş verib.

Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Qeyd edək ki, Amur pələngi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan heyvan növlərindəndir.

Seçilən
2
2
yeniazerbaycan.com

3Mənbələr