AZ

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib

Azərbaycanda səfərdə olan Türkiyənin Konyalı Sənayeçi və İş Adamları Dərnəyinin (KONSİAD) baş direktoru Kemal Çelikin rəhbərlik etdiyi iş adamlarından ibarət heyət ilə yerli sahibkarlar arasında “Bakı KOB evi”ndə görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və KONSİAD-ın baş direktoru Kemal Çelik çıxış edərək iş adamları arasında əməkdaşlıq imkanlarına, mümkün birgə layihələrə, bu sahədə hər iki təşkilatın göstərə biləcəyi dəstəyə dair fikirlərini bölüşüblər.

Görüşdə, həmçinin ölkəmizdə sahibkarlığa göstərilən dəstək tədbirləri, güzəştlər, o cümlədən KOBİA-nın xidmətləri, yerli KOB-ların xarici iş adamları ilə əlaqələndirilməsi barədə məlumat verilib, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, investisiya qoyuluşu imkanları müzakirə olunub. Sonra müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamları arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, KONSİAD 2008-ci ildə yaradılıb və sıralarında iqtisadiyyatın müxtəlif sektorları üzrə 2500-dən çox iş adamını birləşdirir.

 

Seçilən
1
3
xalqqazeti.az

4Mənbələr