AZ

ABŞ-dən bu ölkənin prezidentinin həbsinə görə 25 mln dollar VƏD

ABŞ prezident Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hakimiyyətinə qarşı sanksiyaları genişləndirib. 

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Nikolas Maduronun Venesuelada repressiyasına və demokratiyanın aşınmasına töhfə verən əsas iqtisadi və təhlükəsizlik agentliklərinə rəhbərlik edən səkkiz Venesuela rəsmisinə qarşı sanksiyalar tətbiq edir”, - məlumatda qeyd olunub.

Sanksiyalarda eyni zamanda, Narkotiklərlə Mübarizə Mükafat Proqramı vasitəsilə Dövlət Departamenti Maduronun, eyni zamanda daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabellonun həbsinə və / və ya məhkum edilməsinə səbəb olan məlumat üçün mükafatı 25 milyon dollara qədər artırıldığı əksini tapıb. Sənəddə həmçinin müdafiə naziri Vladimir Padrino üçün də pul mükafatının 15 milyon dollara qədər artırıldığı qeyd olunub.

ABŞ Xəzinədarlığı həmçinin Venesuela hakimiyyətinin nümayəndələri üçün Amerikaya yeni viza məhdudiyyətləri elan edib.

Mürtəza
Azreform.info

Seçilən
1
3
azreform.info

4Mənbələr