Sabah Bakının Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BEY.AZ-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Gəncə prospekti ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.