AZ

Bağırsaq xərçəngi heç bir şikayət verməyə bilər– Cərrahdan xəbərdarlıq


Bir çox xərçəng növləri kimi bağırsaq, kolon xərçəngi olan insanlar da ilk başdaheç bir əlamət hiss etməyə bilər. Ona görə müəyyən yaşdan sonra heç olmasa bir dəfə müayinə olunmaq lazımdır.


“Medicina” xəbər verir ki, RDM cərrahiyyə şöbəsinin müdiri, uzman cərrah İlqar İsmayılov yoğun bağırsaq xərçəngindən danışıb.

“Bağırsaq şişlərinin erkən simptomlarından biri bağırsaq qanaxmasıdır. Bu artıq kolonoskopiyadan keçmək üçün mütləq keçməlidir, fərqi yoxdur, gəncdir, yaşlıdır.


Bağırsaq xərçəngi diaqnozunu kolonoskopiya olmadan qoymaq mümkün deyil. Bu müayinə rahat,qısa bir müayinədir və insanı n həyatını dəyişir.

Bizə xəstələr gecikmiş mərhələdə gəldikdə, deyirlər, necə ola bilər ki, xəstənin heç bir şikayəti yox idi, bu qədər yayılmış dərəcəyə çatıb. Ola bilər.
Bağırsaq törəmələri, özəlliklə yeni mərhələdə heç bir sİmptom verməyə bilər”.


Ətraflı videoda izləyin

MEDİCİNA.AZ

Seçilən
8
1
medicina.az

2Mənbələr