AZ

“AI alətlərinin aktiv istifadəçiləri müstəqil düşünməkdə çətinlik çəkir” – Alimlər


Sürixdəki SBS Biznes Məktəbinin isveçrəli alimləri belə qənaətə gəliblər ki, süni intellekt (AI) alətlərindən asılılığın artması tənqidi düşünmə qabiliyyətinin azalması ilə əlaqələndirilir.
Yeniavaz.com
xəbər verir ki, bunu sübut edən tədqiqat “Socities” elmi jurnalında dərc olunub
Bildirilib ki, bu, idrak yükünün azalması səbəbindən baş verir.
Belə ki, koqnitiv boşaldılma süni intellektdən istifadənin cəlbedici tərəfidir, çünki neyron şəbəkələr insanları zehni səylərdən azad edir.
Yeni araşdırmada ekspertlər 670-ə yaxın insanı üç yaş qrupuna ayıraraq sorğu keçirib: 17-25 yaş, 26-45 yaş, 46 yaş və yuxarı.
Süni intellektdən tez-tez istifadə edənlər məlumatı tənqidi qiymətləndirmək və problemin həlli ilə məşğul olmaq qabiliyyətinin azaldığını nümayiş etdirib.
Seçilən
6
yeniavaz.com

1Mənbələr